İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda son sutkada 220 nəfər koronavirusa yoluxub, 145 nəfər sağalıb, 2 nəfər vəfat edib

24-02-2021

[r32]
15:50 xeber –

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 644 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 157 nəfər müalicə olunaraq sağalıb, 3 206 nəfər vəfat edib, aktiv xəstə sayı 2 281 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 915, ötən müddət ərzində isə ümumilikdə 2 571 016 test aparılıb.

 


mənbə :
www.ona.az

Azerbaycanda son sutkada 220 nefer koronavirusa yoluxub, 145 nefer sagalib, 2 nefer vefat edib