İçeriğe geçmek için "Enter"a basın

DYP sürücülərə və piyadalara müraciət edib

24-02-2021

[r32]
11:15 xeber –

"Hazırda yağmurlu, çiskinli, dumanlı, şaxtalı hava şəraiti davam edir. Paytaxtın inzibati ərazisində bütün küçə və prospektlər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb".

ONA-nın xəbərinə görə, bunu APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V. Əsədov bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi teknikaları ilə yolların təmizlənməsi həyata keçirilsə də, bəzi ərazilərdə, xüsusilə enişli-yoxuşlu, sərt döngələrdə avtomobillərin sürüşmə ehtimalı var.

DYP rəsmisi sürücüləri Bakıda sürüşmənin çox olduğu ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər istifadə etməməyə çağırıb:

“Vətəndaşlarımızdan xahiş edirik ki, ictimai nəqliyyata üstünlük versinlər. Yollarda sürücülər sürət həddini minumuma endirilməli, ara məsafəsini normadan artıq saxlamalı, sürüşmə ehtimalı çox olan yerlərdə təkərlərin təzyiqini nisbətən azaltmalı, avtomobilinin dayandırılması və hərəkətə gətirilməsini sürətlər qutusunun hesabına həyata keçirməlidirlər. Piyadalara da burdan müraciət edərək bildirirəm ki, əsasən yolların hərəkət hissəsinə çıxmasınlar”.

 


mənbə :
www.ona.az

DYP suruculere ve piyadalara muraciet edib