İçeriğe geçmek için "Enter"a basın

Ehtiyatsızlıqdan öz maşınının altında qalan Gədəbəy sakini komaya düşüb

24-02-2021

[r32]
02:16 xeber –

Gədəbəydə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qara Murad kəndin qeydə alınıb.

Kənd sakini, 1961-ci il təvəllüdü Ələsgərov Lətif Qəşəm oğlu özünə məxsus “QAZ 24” markalı avtomobilin altında qalaraq xəsarət alıb.

Dərhal  xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. 60 yaşlı kənd sakini şəkər xəstəsi olduğundan komaya düşüb. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


mənbə :
www.ona.az

Ehtiyatsizliqdan oz masininin altinda qalan Gedebey sakini komaya dusub