İçeriğe geçmek için "Enter"a basın

Parisdə silah səsləri eşidildi (FOTO, YENİLƏNİB)

18-11-2015

11:33 xeber – Parisdə terror törətməkdə şübhəli bilinən şəxslərə qarşı keçirilən əməliyyat tədbirləri davam edir. Ən son məlumata görə, üç nəfər həyatını itirib, daha üç nəfər isə ələ keçirilib.

Franc Press-in məlumatına görə, nəzarət altına götürülən və terrorçuların olduğu ehtimal edilən binada kamikadze bir qadın özünü partladıb.
Ölən və ələ keçirilənlərin adları hələ açıqlanmır.

Saat 10:03
Fransanın paytaxtı Parisdə törədilən trrorun şübhəlilərinin axtarışı davam edir. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Fransa polisi paytaxtın şimalındakı Saint Denis məhləsində şəfəq əməliyyatı keçirib. Şübhəlilər bir binanın girişində yaxalanıblar.

Adıçəkilən ərazidən güclü silah səsləri eşidilib. Fransa televiziyası əməliyyat zamanı yaralanan polislərin olduğunu da deyib.

Səhər saat 05 radələrində başlayan əməliyyat üç kamikadzenin özünü partlatdığı “Stade de France” stadionunun yaxınlığında gerçəkləşib.

Saint Denis əməliyyatının Paris terrorunun beyni olduğu zənn edilən Saleh Abdelslam və doqquzuncu şübhəlini yaxlamaq üçün keçirildiyi iddia edilir.

Saleh Abdelslam

Parisdə polis əməliyyatı

Əhaliyə evdən çıxmamaq barədə xəbərdarlıq edilib.
Bu arada Fransa təyyarələrində də bomba həyəcanı yaşanıb. ABŞ-dan Fransaya uçan “Air France” aid iki təyyarə bomba olması barədə xəbərdən sonra təcili eniş edib.

Ötən həftənin cümə günü – noyabrın 13-də Parisdə bir-birinin ardınca 7 terror aktı baş verib. Nəticədə 132 nəfər ölüb, yüzlərlə insan yaralanıb.




Paris terrordan sonra.

Həmçinin oxuyun:
Fransada terror nəticəsində ölənlərin sayı çoxaldı (YENİLƏNİB)

“Bataclan”dan dəhşətli mesaj: hamını kəsirlər

Terrorçular Parisdə baş kəsdilər

Girov böhranı bitdi: 118 ölü var

Olland G20-dən imtina etdi (FOTO, VİDEO)

Parisdə ölənlərin sayı 130-u ötdü (FOTO, VİDEO)

İlham Əliyev başsağlığı verdi

Fransada üç günlük matəm elan edildi

Fransanı qana bulayan səbəblər (FOTO)

mənbə :
anspress

Parisde silah sesleri eşidildi (FOTO, YENİLƏNİB)