İçeriğe geçmek için "Enter"a basın

Həbs dalğası davam edir - "Bakıtelekom"da baş mühasib tutuldu

18-11-2015

11:11 xeber – “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin daha bir vəzifəli şəxsi həbs edilib. Azadlıq.az xəbər verir ki, anspress-in APA-ya istinadla verdiyi məlumata görə, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Nizami telefon qovşağının baş mühasibi Rəşad Məmmədov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, dünən “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Nizami telefon qovşağının rəisi Fətullah Seyidov barəsində də 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

F. Seyidov və R. Məmmədov Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, onun struktur qurumlarının və tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq-əməliyyat qrupu yaradılmaqla istintaq aparılır.

Başlanmış cinayət işi üzrə 10-dan çox vəzifəli şəxs təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ötən gün “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov və daha bir neçə vəzifəli şəxs saxlanılıb. Saxlanılanlar arasında Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov da var.

Vəzifəli şəxslərin həbs dalğazı milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasından sonra başlayıb. Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyində həbslər başladı. Sabiq MTN şefi hətta xarici kəşfiyyatla əlaqədə də ittiham edilir. MTN işi ilə əlaqədar RYTN-də də yoxlamalara aparılıb, nazirliyin bir sıra məsul şəxsi, o cümlədən nazir Əli Abbasov vəzifəsindən azad edilib.

“Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) aparat rəhbəri Vidadi Zeynalov həbsi barədə xəbərlər yayılıb.


V.Zeynalov – keçmiş Aparat rəhbəri

mənbə :
anspress

Hebs dalğası davam edir – “Bakıtelekom”da baş mühasib tutuldu