İçeriğe geçmek için "Enter"a basın

G-20-nin ən "qəribə adam"ı Obamanın köməkçisi imiş - VİDEO

18-11-2015


18.11.2015 / 11:06 xeber –

Antaliyada baş tutan G-20 toplantısında ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putinin görüşdüyü anda ortaya çıxan və qeyri-adi hərəkətləri ilə diqqət çəkən şəxsin kim olduğu məlum olub.

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, görüş zamanı qəribə hərəkətləri ilə diqqət çəkən həmin kişi Obamanın şəxsi köməkçisi olub.

Liderlərin foyedəki danışığı zamanı iki liderə doğru geri-geri gedərək yaxınlaşan və kameraya baxmağa davam edən həmin şəxs Ağ Evdə şəxsi köməkçi vəzifəsini icra edən heyətin üzvlərindən olan Duncan Teater olub.  

 

Sən demə, Duncan Teater Rusiya kanalının həmin an çəkiliş etdiyini görüb liderlərə yaxınlaşaraq, dodaqlarının oxunmasını əngəlləməyə çalışırmış. Ancaq yanlış yerdə durduğu üçün bunu bacarmayıb.

mənbə :
lent.az

G-20-nin en "qeribe adam"ı Obamanın kömekçisi imiş – VİDEO