İçeriğe geçmek için "Enter"a basın

MN: Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb

13-01-2021

[r32]
18:00 xeber –

Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin guya bu gün atəşkəs rejimini pozması nəticəsində erməni işğalçı kontingentinin hərbi qulluqçusu Vardan Vaçaqanoviş Kirakosyanın (2000-ci il təvəllüdlü) yaralanması barədə erməni KİV-nin yaydığı məlumatları qətiyyətlə təkzib edib.

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

“Azərbaycan Ordusu Qarabağda atəşin dayandırılması barədə 2020-ci il 10 noyabrda əldə olunmuş üçtərəfli razılaşmaya qəti şəkildə əməl edir. Azərbaycan Ordusu tərəfindən atəşkəsin pozulması halı baş verməyib, – deyə V. Dərgahlı vurğulayıb.

 

 


mənbə :
www.ona.az

MN: Azerbaycan Ordusu ateskes rejimini pozmayib