İçeriğe geçmek için "Enter"a basın

İrlandiya millisi AVRO-2016-nın final mərhələsində

17-11-2015

15:27 xeber – AVRO-2016-nın final mərhələsinə vəsiqə uğrunda “play off”da mübarizə aparan İrlandiya millisi iki oyunun nəticəsinə görə final mərhələyə vəsiqə qazanıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, ilk oyundakı heç-heçədən sonra (1:1) İrlandiya milli komandası öz meydanında Bosniya və Herseqovinaya qalib gəlib.

Oyuna gəlincə, matçda hesab artıq 24-cü dəqiqədə açılıb. Conatan Uolters 11 metirlik cərimə zərbəsindən sonra adını tabloya yazdırıb. Oyunda hesab bir daha 70-ci dəqiqədə dəyişib. Bu dəfə də Conatan Uolters fərqlənib. Beləliklə, matç ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İki oyunun nəticəsinə görə irlandlar AVRO-2016-nın final mərhələsinə adını yazdırıblar. İlk oyun Bosniya və Herseqovinada baş tutub. Oyunda hesabı 82-ci dəqiqədə Robbi Breydi açıb. Hesaba tarazlığı isə 85-ci dəqiqədə Edin Ceko gətirib.

mənbə :
anspress

İrlandiya millisi AVRO-2016-nın final merhelesinde