İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanlı gənc Litvanı Parisə çevirməklə hədələdi

17-11-2015

14:59 xeber – Azərbaycanlı gənc Litvanı Fransaya çevirməklə hədələdi. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə,
ötən gün Litvada yaşayan 21 yaşlı bir qız polisə müraciət edib.

Saat 23-radələrində polisə gələn qızın verdiyi xəbər polisləri belə şoka salıb. Belə ki, Kaunas polis bölməsinə müraciət edən qız ticarət mərkəzində hədələndiyini deyib.

Onun sözlərinə görə, noyabrın 16-da saat 15.40-da K.Barşausko küçəsindəki ticarət mərkəzində 25 yaşlı Azərbaycan vətəndaşı ona mağazada deyib ki, tezliklə Litvada Fransadakı kimi olacaq. Daha sonra isə ölümlə, bıçaqla hədələyib.

Polis adı açıqlanmayana Azərbaycan vətəndaşını saxlayıb. Hazırda bu faktla bağlı araşdırma aparılır.

Fransanı qana bulayan terror hadisəsi noyabrın 13-də paytaxt Parisdə baş verib. Bir-birinin ardınca törədilən 7 terror aktında 132 nəfər ölüb, onlarla insan yaralanıb. Terror hadisələrindən ən böyüyü Bataklan konsert salonunda qeydə alınıb. Salona girən terrorçuların özlərini parlatması və konsertə gələnləri girov götürməsi ölü sayını artırıb.

Bu hadisədən sonra ölkənin sərhədləri bağlanıb. Terror hadisəsinə görə, məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

Litva hökuməti də terror hadisələri ilə bağlı sərhədlərini gücləndirib.

mənbə :
anspress

Azerbaycanlı genc Litvanı Parise çevirmekle hedeledi