İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanın əxlaqsız "kuklaları" Rusiyada qalmaqal yaratdı

17-11-2015

14:54 xeber – Rusiyanın Perm prokurorluğu PERMM muzeyində azərbaycanlı rəssam Vüsal Rəhimin nümayiş etdirdiyi gəlinciklərlə bağlı araşdırma başlayıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, sərgi izləyiciləri həmin gəlinciklərlə bağlı şikayət ediblər. Permlilərin firkincə, göstərilən bəzi gəlinciklər “zorakılığı, seksual və moral əxlaqsızlığı, pedofilliyi, uşaq pornoqrafiyasını təbliğ edir, cəmiyyətin və dövlətin əxlaqi dayaqlarını dağıdır”.

Bundan başqa, sərgidə yaş məhdudiyyətinin olmaması gəlinciklərin uşaq bağçalarıda da daxil olmaqla digər qurumlarda fəal şəkildə reklam olunmasına şərait yaradıb.

8-15 noyabr tarixlərində keçirilən sərgi Rusiyanın Perm vilayətinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilib.

Sərginin mövzusu haqqında danışarkən təşkilatçılar bildiriliblər ki, kompozisiyalar özündə bir neçə mövzunu ehtiva edir; şəxsi ekzistensiya (mövcud olma), Azərbaycan cəmiyyətində qadının və kişinin rolu, mədəni özünümüəyyənetmə və qərb mədəniyyətinə inteqrasiya haqqında “əbədi sual”.

Sərgi başa çatsa da, valideynlər şikayətlərində israr edirlər. Onlar əllərindəki foto şəkilləri və broşürləri prokurorluğa təqdim edərək övladlarını bu cür tədbirlərdən qorumağı tələb edirlər.




Sərgidə nümayiş etdirilən gəlinciklər


Sərginin reklam tablosu

mənbə :
anspress

Azerbaycanın exlaqsız “kuklaları” Rusiyada qalmaqal yaratdı