İçeriğe geçmek için "Enter"a basın

Nadir yenə əsəbiləşdi: "Yazırlar ki, xanımını reklam edir..."

17-11-2015


17.11.2015 / 14:30 xeber –

Müğənni Nadir Qafarzadə həyat yoldaşı ilə birlikdə Ukraynayaa istirahətə yollanıb. Bu barədə Lent.az-a ifaçının özü məlumat verib. O bildirib ki, hələ bir neçə gün istirahət edəcək: “Mənim üçün ən gözəl istirahət ailəmdir. Ailəmin yanında olanda hər şeyi unuduram. Demək olar ki, bu yay istirahətin nə olduğunu bilmədim. Yaradıcılıq işlərimə görə istirahətimi məcburən bu aya saldım. Yoldaşımla birgə İsveçrəyə oğlumun yanına getdik, orada bir neçə gün qalandan sonra isə indi də Ukraynaya gəldik. Buranın havası gözlədi. Amma heç bir yer mənə vətənimdən doğma deyil. Allah heç kəsi yurdundan uzaq salmasın”.

 

N.Qafarzadə daha sonra sosial şəbəkədə ona ünvanlanan tənqidi fikirlərə münasibət bildirib: “Sosial şəbəkədə yazırlar ki, Nadir xanımını reklam edir. Bu sözü deyən insanların qeyrətində, namusunda problem var. Çünki normal insan bu sözü deməz. Nə olsun ki, mən tanınmış insanam? Tanınmış olduğuma görə, hər söz danışa bilərlər? Həyat yoldaşım bu həyatda mənim hər şeyimdir. Onsuz bir günüm olmasın. Sadəcə mən üzdə olan insan olduğuma görə, hər addımım müzakirə olunur”.

 

 

N.Qafarzadənin Ukraynadan olan şəkillərini təqdim edirik

mənbə :
lent.az

Nadir yene esebileşdi: "Yazırlar ki, xanımını reklam edir…"