10:09 xeber – “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov saxlanılıb. Azadlıq.az xəbər verir ki, anspress-in Trend-ə istinadla verdiyi məlumata görə, M.Məmmədov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktı ilə əlaqədar saxlanılıb.
Mənbənin verdiyi məlumata görə, onunla bərabər daha bir neçə vəzifəli şəxs saxlanılıb.
Saxlanılanlar arasında Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov da var
Onların saxlanmasında Milli Təhlükəsizlik Nazirliyi ətrafında aparılan istintaq işi ilə əlaqədar olduğu da qeyd edilir.
Mənbənin verdiyi məlumata görə, onunla bərabər daha bir neçə vəzifəli şəxs saxlanılıb.
Xatırladaq ki, İlham Əliyev oktyabrın 17-də milli təhlükəsizlik naziri Eldar Mahmudovu işdən azad edilməsi barədə sərəncam verib. Bundan sonra MTN-də həbslər dalğası başalayıb. Nazirliyin bir çox rəhbər şəxsləri həbs edilib və işdən azad ediliblər.
Bir neçə gün öncə isə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov işdən azad edilib. Nazirliyin bir neçə əməkdaşı da işdən çıxarılıb.
“Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) aparat rəhbəri Vidadi Zeynalov həbsi barədə xəbərlər yayılıb. Vidadi Zeynalov barəsində artıq 3 ay müddətinə həbs qətiimkan tədbiri seçilib.
mənbə :
anspress