İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan daha bir ölkəni ələ keçirir

17-11-2015

10:00 xeber – Azərbaycan Yunanıstanın qazpaylayıcı şirkəti DESFA nın əldə edilməsi ilə bağlı müqavilənin imzalanması prosesini başa çatdırmaq məqsədilə öz səylərini gücləndirib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev və “SOCAR Energy” Yunanıstanın baş direktoru Anar Məmmədov bununla bağlı aparıcı enerji agentliyinin rəhbəri Nikolas Bulaksislə danışıqlar aparıb.

“Görüş zamanı həmçinin “SOCAR”ın DESFA-dakı gələcək statusu və ümumilkdə cənub-şərqi Avropada enerji siyasəti ilə bağlı məsələlər müzakirə olunub.Şübhəsiz ki, bu görüşdə həmçinin Snam şirkətinin səhmlərinin satılması məsələsinə də toxunulub”- rəsmi açıqlamada belə deyilir.

Ümumiyyətlə isə , danışıqlar prosesində iştirak edən nümayəndələrin sözlərinə görə, razılşamanın əldə olunması ilə bağlı bütün məsələlər 2015-ci ilin sonu, 2016-cı ilin əvvəlinə qədər öz həllinin tapacaq.

Bir müddət öncə isə İtalyan şirkəti Snam DESFA-nın səhmlərinin 17%-ni almaq təklifi ilə rəsmən Yunanıstan hakimiyyətinə müraciət edib. Bu o deməkdir ki, 2013-cü ildən təkilf olunan DESFA ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında dondurulmuş saziş yenidən imzalana bilər.


DESFA şirkətinin loqosu

Yunanıstanın rəsmi mətbuat orqanlarının yayadığı məlumata görə Yunanıstanın dövlət əmlakını idarə edən fond DESFA şirkətinin səhmlərinin 17%-ni almaq istəyən İtalyanın Snam şirkətindən rəsmi təklif alıb.

Eyni zamanda Yunanıstanın Energetika və Ətraf mühit naziri Panos Skourletisin sözlərinə görə , SOCAR-ın DESFA-nın 49% səhmlərini alması üçün Avropa şirkətlərindən biri Yunanıstanın qazpaylayıcısının 17% səhmini almalıdır. Nazir bildirir ki, yeni səhmdarın seçimi zamanı SOCAR səs vermə hüququna malikdir.

2013-cü ildə Yunanıstanın dövlət əmlakını idarə edən fond Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin DESFA qaz operatorunun 66%-ni almaq üzrə olan sazişi təsdiqləyib. SOCAR DESFA şirkətinin 31% səhmini Yunanıstan hökumətindən, 35%-ni isə “Hellenic Petroleum” almaq istəyir.

Amma razılaşmanın imazalanması məsələsinə Avropa Komissiyası qarışıb və sazişi dondurub. Komissiya bildirib ki, SOCAR DESFA-nın yalnız 49%-ni ala bilər. Bundan sonra Azərbaycan tərəfi Yunanıstan şirkətində almaq istədiyi səhmlərin həcmini azalmağa və 17%-ni başqa şirkətlərə satmağa razılıq verib.


Avropa komissiyası

Yunanıstan KİV-lərinin məlumatına görə, bununla əlaqədar olaraq, artıq DESFA digər qaz operatorları ilə də danışıqlar aparmaq fikrindədir. Potensial alıcılar arasında Belçikanın “Fluxys” və Niderlandın “Gasunie” şirkətləri var.

“Snam” – İtaliyanın nəhəng qaz şirkəti “ENİ”nin törəməsidir. Əsasən, tikinti, idarəetmə və energetika infrasturkturu xidməti ilə məşğuldur. Şirkət neft-qaz bazarında Azərbaycan partnyorları ilə fəal əməkdaşlıq edir.

“Snam”ın icraçı direktoru Karlo Malakarne bu il iyul ayında şirkətin TAP-ın 20% səhmini almaq niyyətində olduğunu bildirmişdi.


Karlo Malakarne – “Snam” şirkətinin direktoru

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) – dünyanın ən böyük milli neft şirkətlərindən biridir. Neftin çıxarılması, daşınması, emalı və istehlakında olduğu üçün inteqrasiya olunmuş şirkətdir.

SOCAR – Azərineft Dövlət Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında yaradılıb. Bu günə qədər ARDNŞ dünyanın 20-dən artıq ölkəsinin 30-dan yuxarı şirkəti ilə Azərbaycanın neft və qaz yataqlarının birgə işlənməsinə dair 26 saziş imzalayıb.

mənbə :
anspress

Azerbaycan daha bir ölkeni ele keçirir