10:09 xeber – Məşhur aktrisa Ancelina Coli həyat yoldaşı Bred Pit ilə “Mavi sahil” adlı filmdəki yataq səhnələrinindən danışıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Ancelina Bred Pit ilə çəkiliş zamanı sevişmə səhnəsində özünü narahat hiss etdiyini deyib. Onun sözlərinə görə, real həyatda birlidkə olduğun adamla kamera qarşısında obraza girib sevişmək çox gülməli və absurdur.
“Bu səhnələri çəkmək çox maraqlı idi. Mən tam çılpaq vəziyətdə uzanmışam. Əlimdə də iPad var. Məhz oradan bütün kadrları izləyirəm. Qapıda isə filmdəki həmkarım olan ərim dayanıb, mən isə ondan tələb edirəm ki, mənimlə sevişsin. Əlbəttə bu kənardan çox gülməli və absurdur”.
Ancelina Coli etiraf edib ki, Bred Pit çəkiliş meydanında olduğu üçün rahat çılpaq gəzə bilməyib.
“Heç olmasa çətin anların öhdəsindən gəlmək üçün biz artıq zaraftlaşmağa başladıq. Hələ mən rejissor kimi vannada uzanan zaman çəkilən kadrlara dərhal qalxıb baxa bilmirdim. Çünki mən tam olaraq çılpaq idim. Belə anlarda Bredin əlində məhraba olurdu ki, hər an kənardakılar mənim çılpaq bədənimi görməsin deyə örtə bilsin”.
“Mavi sahil” filmindən kadr
Cütlük “Mavi Sahil” filmin həm də prodüserləridir. Ancelina Coli və Bred Pittin 6 uşağı var. 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina övladlığa götürüb.
mənbə :
anspress