İçeriğe geçmek için "Enter"a basın

İŞİD yenə hədələdi

17-11-2015

08:39 xeber – İŞİD terror qruplaşması Amerika Birləşmiş Ştatlarını (ABŞ) hədələyib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, İraqın paytaxtı Bağdaddan yayımlanan kadrlarda silahılılar Vaşinqtona zərbə endirəcəklərinə dair xəbərdarlıq ediblər. Silahlılar bildiriblər ki, onlar Fransanın paytaxtı Parisdə törətdikləri hücumları Amerikada da təkrarlayacaqlar. Silahlılar İŞİD-ə qarşı keçirilən hava əməliyyatlarını Səlib yürüşləri ilə müqayisə ediblər. Qruplaşma üzvlərinin sözlərinə görə, İŞİD-ə qarşı əməliyyatlara qoşulan bütün ölkələr onların hədəfindədir. Silahlılar hücumların sayını artıracaqlarını və anti-İŞİD koalisiyası ölkələrində Fransa ab-havası yaşadacaqlarını qeyd ediblər.

İraqda Pişmərgə kürd qüvvələrinin İŞİD silahlılarına qarşı əməliyyatları isə davam edir. Hərbi qüvvələr Sincar qapısı adlanan yerdə İŞİD-ə qarşı cəbhə açıblar. İŞİD-çilərin mövqeləri iriçaplı silahlardan atəşə tutulub. Əməliyyatlar 5 saat davam edib. Məlumata görə, döyüşlər nəticəsində 40 silahlı zərərsizləşdirilib. Silahlılar məxsus sığınacaqlar dağıdılıb. Döyüşlərdə kürd əsgərlərindən də yaralananlar olub. 3 nəfərin öldüyü, 7 nəfərin yaralandığı bildirilir.

mənbə :
anspress

İŞİD yene hedeledi