İçeriğe geçmek için "Enter"a basın

Vahid Mustafa Yev: "Mənə reallığı göstərmək lazım idi"

16-11-2015

14:44 xeber – Kinorejissor Vahid Mustafa Yev “Qanlı Yanvar” filminin Tallində baş tutan premyerası ərəfəsində Estoniya Dövlət Radiosunda yayımlanan verilişin qonağı olub və Estoniyada fəaliyyət göstərən jurnalist Sənəm Hacıyevanın suallarını cab müsahibə verib.

ANS PRESS həmin müsahibəni oxucularına təqdim edir.

Tanınmış azərbaycanlı jurnalist, ANS Şirkətlər qrupunun prezidenti Vahid Mustafa Yev. Azərbaycandan Estoniyaya xoş gəlmisiniz. Bizə çox xoşdur sizi Tallində öz studiyamızda qarşılamaq.

– Lentə aldığınız “Qanlı Yanvar” filminin adından da məlum olur ki, 1990-cı ildə Bakıda baş verən dəhşətli Yanvar hadisələri haqqındadır. Siz filmlə tamaşaçılara nə demək istərdiniz?

– Salam mənə də çox xoşdur ki, bu gözəl şəhərdə və studiyanızda qonaq olmaq. Mən Taillində ilk dəfəyəm. Şəhər haqqında çox böyük təəssüratlarım var. Amma əvvəl bu şəhərdə heç vaxt olmamışdım. Şəhərin möhtəşəm arxitekturası var və insanları çox xeyirxahdır.

Film haqqında danışsaq, deyə bilərəm ki, keçmiş SSRİ-nin bütün ölkələrində baş verən faciə Azərbaycandan da yan keçməyib. 90-cı illərdə sükuta gedən imperiya çalışırdı ki, hansısa bir yolla həyatda qalsın. İmperiya öz təsir gücünü bütün respublikalarda saxlamağa çalışırdı. Amma bunu bu üsullarla etmək mümkün deyildi. İqtisadiyyat çox bədbin bir vəziyyətdə idi. O dövrü xatırlayırsızsa, hər bir imperiyalarda olduğu kimi, Moskvada olan rəhbərlik xalqlara təzyiq güc tətbiq etmək qərarına gəlmişdi. Onun məqsədi bununla başqa xalqları da qorxutmaq idi. O xalqlar ki, hələ demokaratiya öz müstəgilliyinə görə mübarizəyə qalxmamışdılar. Buna görədə yanvarın 19-dan 20 –nə keçən gecə tank, piyada diviziyaları ilə Bakıya və ayrı iri çoxəhalili şəhərlərə – Sumqayıt, Lənkəran, Gəncəyə genişmiqyaslı hücum olunmuşdur. Amma ən çox qan Bakıda axıdılmışdır. Çünki, Bakıda həmin vaxt çoxsaylı barikadalar yaradılmışdır. İnsanlar sovet zülümnə qarşı ayağa qalxmışdı və onlar öz ölkəsinin müstəqilliyini istəyirdilər. 25 il əvvəl baş verən bu hadisələr xalqın yaddaşında faciə kimi qaldı. O dövrün ideoloji maşını insanda qəribə bir təssəvvür yaradıb. Güya sovet ordusu gəlib, xalqı əzdi və Azərbaycana xalqının əzmini sındırdı. Ancaq bundan sonra Azərbaycan müstəqillik əldə etdi. Tarixdə baş verən prosesləri anlayan insanlar bilirlər ki, belə bir şey ola bilməz və bu düzgün deyil. Burada bir neçə aspektlər olub.

Ən əsası Azərbaycanın rəhbərliyində olan insanlar müharibədən danışmaq istəmirdi. Bundansa onlar “mənəvi əzab çəkən” bir imicə üstünlük verirdilər. Təbii ki, bu bütün millətin motivasiyasına da böyük təsir edib. Millət öz köklərinə sığınmalıdır və bilməlidir ki, bu günə necə gəlib çıxıb. Bu filmi mənə çəkməyə məcbur edən səbəblərdən biri bu fakt olub. Yeni tarixi saxtalaşdırırdılar. Elə nəsil var ki, keçmişdə olan hadisələrdən bixəbərdir. 90-cı illərdə anadan olan gənc qız və oğlanların artıq 25 yaşı var. Bunların 90-ci illərdə yaşananalardan xəbəri yoxdur.

Mən bu hadisələrin canlı şahidi olmuşam. Mən inqilabda müxbir jurnalist kimi iştirak etmişəm. Bu hadisənin tarixindən bir nəçə fakt götürərək film çəkmək qərarına gəldim. Film pis alınmadı. Hər halda Montreal Film Festivalında fransız bir xanım filmə baxdıqdan sonra demişdir ki, o heç vaxt Azərbaycan haqqında heçnə eşitməyim və azərbaycanlıları görməyib, amma bu filmdən sonra o Azərbaycana gəlib, buradakı insanları görmək istəyir. O insanları ki, bu dərəcədə azadlıqlarını və müstəqilliklərini, vətənini bu cür sevirlər. Öz vətənləri yolunda canlarından belə keçməyə hazırdırlar. Bu film mənim bütün suallarıma cavab oldu. Azərbaycan tarixini bilməyə və SSRİ haqqında məlumatı olmayan bir qadın bu sözləri deyirsə, bu məncə yaxşı haldır.


Vahid Mustafa Yev və Sənəm Hacıyeva

-“Qanlı Yanvar” festivalda iştirak edən 3 real tarixi faktlar əsasında çəkilən filmərdən biridir. Səhv etmirəmsə bu film qısa bir vaxtda, 63 günə çəkilib. Siz buna necə nail olduz?

-İş orasındadır ki, biz həmişə ki, kimi istəyirdik film yaxşı alınsın və alındı da. 2014-cü ildə mənə bildirlimişdir ki, dövlət səviyyəsində bu hadisələrin 25 illiyinə həsr olunan bir film çəkiləcək. Mən bu işin görüləcəyinə sevindim. Sonradan məlum oldu ki, bu filmin çəkilişi alınmayacaq. Bu xəbərə görə, mən pis oldum. Film hadisələrin 5,10 və 15-ci ildönümündə də alınmadı. Amma 25 illiyi artıq ötürmək olmazdı. Bu gələcək nəsillər üçün də pis hal olardı. Bilirsiz hadisələr vaxtında işıqlandırılmayanda tarix onları unudur. 1918-ci ilin Rusiyadaki bolşevik inqilabından danışanda ağlımıza yalnız bir fakt gəlir – Qış sarayının darvazasına fəhlə, kəndçi qalxaraq, içəridə olan ikibaşlı qartalı atırlar kənara və saraya keçərək hakimiyyətə yiyələnirlər. Bu tarixi faktı bizə rejissor Sergey Eyzenşteyn göstərib. Əslində isə bu heç də belə olmayıb. Orada saray çevrilişi olub, Kerinski hakimiyyətdən uzaqlaşdırılıb və hadisələr belə cərəyan edib. Mənim həmin tarixin təkrarlanmasından qorxurdum.

Hansısa bir vaxtda kimsə bu tarixi faktları dəyişərək, pafoslu bir şəklə sala bilər. Bunun üçün də filmin məsulliyyətini öz üzərimə götürmək qərarına gəldim. Ssenariyə sentyabrın 1-də başladım. Bir ay ssenarinin hazırlanmasına gedir. Noyabrın əvvəllərində isə filmin çəkilişlərinə başladıq və 63 gün ərzində biz filmin çəkilişlərini bitirdik. Mən gündüz çəkdiyim fraqmentləri axşam montaj edirdim. Yaxud da, gecə çəkilənləri gündüz montaj edirdim. Biz iki saatdan artıq yatmırdıq və çalışırdıq ki, filmi yanvara qədər hadisələrin 25 illiyinə çatdıraq və çatdırdıq.

– Sağ olun. Siz hadisələrin canlı şahidisiz və baş verənlərin mərkəzində olmusunuz. Bunu çəkib, yenidən o hadisələri hiss etmək sizin üçün ağır deyildimi?

-Bu çox ağır idi. Bilirsizniz, bu iki ayrı insan idi. Mən 20 Yanvar 1990-ci ildə 22 yaşlı bir oğlan və 46 yaşlı bir insan. O dövrdə məni heçnə maraqlandırmırdı. Yeganə istəyim ölkəmin müstəqilliyə nail olması idi. İndi o filmdəki kadrları görəndə anlayırıq ki, o dövrdə hamı ölümlə qarşlaşa və hər an öz həyatını itirə bilərdi. Mənim bu zaman anlayışım və qarşımda duran suallar da başqa idi. 25 ildən sonra bunların hamsını nəzərdən keçirtmək olduqca maraqlı idi. Məni rahat buraxmayan bir sual vardı: “Bu inqilabın dəyəri nə qədərdir? Müstəqillik neçəyə başa gəlir? Onun bazar qiyməti nə qədərdir?” Bilirsinizmi, Napaleon demişdir ki, yüz minlərlə insanın ölümü statistikadır. Bir insanın ölümü isə faciədir. Mən filmdə hər ölən insanı göstərməyə çalışmışam. Əvvəl filmdə qəhrəmanı bir insan kimi sevdirirəm, sonra isə ömrünü dayandırıram. Bununla demək istəyirəm ki, 19-20 yaşlı insanın ömrünü mütəqilliyə qurban verməyə dəyərmi? Mən öz cavablarımı tapdım. Tamaşaçılarında bu cavabları tapmağı vacibdir.

Filmdə ikinci məsələ anaların bu faciədə rolunu göstərməkdən ibarətdir. Ana mənim üçün həm də vətəndir. Onun vəzifəsi necə olmalıdır, bir haldakı onun oğlanlarından bir kommunist, biri isə demokratdır. Hərəsi barikadanın ayrı-ayrı tərəfindədir. Aydın məslədir ki, böyük qardaş kommunist, kiçin qardaş isə demokratların tərəfindədir. Bu anda ana necə olmalıdır? Bu məni narahat edən dəhşətli bir sualdır. Filmdə bu suallara da cavab verməyə çalışdım.

Üçüncü məsələyə isə mənə elə gəlir ki, hələ dəcavab tapmamışam və bunun üzrərində hələ işləyəcəm. Bu silahlı insan sualıdır. Əlində silah olan insan ədalətli ola bilərmi?

-Dünyada baş verən hadisələrə nəzər salanda bu bizim dövrün ən aktual sualıdır.

-Siz filmə əvvəldən axıra qədər baxsanız görərsiz ki, filmin ilk yarısında sovet odusunun xüsusi təyinatlıları insanları qırırlar. Filmin ikinci hissəsində isə demokratlar insanları öldürür. Yəni insanın əlində silah olduqda başqalarını öldürür. Bu isə çox maraqlı sualdır. İnsanın əlində silah olanda hansı ədalətdən danışmaq olar? Yəqin ki, öz evini müdafiə edirsə, bu ədalətlidir. Amma əlində silahla kiminsə evinə hücum edirsə, bu ədalətsizdir. Filmdə bu qənaətə gəldim. Lakin bu ədalətlilikdən də çoxlu suallar yaranır. Filmin əvvəlində “Vasya” adlı bir personaj göstərilir. O Bakıya daxil olan tankın komandiridir. O əmri yerinə yetirmir və insanların üstünə tankla getmir. O hərtərəfli pozitiv bir insandır, onun əkiz uşaqları dünyaya gəlib və o hələ onları görməyib. Əmr alıb, Bakıya yollanır. Filmin sonunda isə bu müsbət “Vasya” adlı qəhrəman bizim “Mehdi” adlı şəxs tərəfindən güllələnir. Onun gözündə “Vasya” sadəcə işğalçıdır. Amma biz filmə baxanda bilirik ki, o xeyirxah və sadə insandır. Əslində bu maarifləndirici bir filmdir.

-Bəlkə insanlar siyasətin qurbanı olublar?

-Birmənalı. Mən elə bu cavabı gözdləyirdim.
Belə baxanda “Vasya”da əmrə tabe olmuyub. O biri tərəfdən isə o qəhrəmandır, insanları ölümdən xilas edib. Bu çox qlobal bir mövzudur, bunun üzərində düşünülüb və cavab axtarmaq lazımdır.

-Biz atəş açmazdan əvvəl düşünsək, ki, o da mənim kimi bir insandır və mənim kimi problemləri var (ailə, maliyyə və s.) bəlkə də heç kim -heç kimə atəş açmazdı. Onun kimi siyasətin qurbanı olmaq çox pisdir. Dünyanı məhəbbət xilas edə bilərmi?

– Con Lennondan əvvələr də bu haqda danışırdılar. Təbii ki, məhəbbət dünyanı xilas edəcək. Lakin məhəbbət özü də çoxtərəflidir. Həyatda insan bir insana olan məhbbətinə görə başqasını öldürə bilər. Mən elə düşünürəm ki, bizim kinofestival kontekstində dünyanı kino xilas edəcək. Lakin filmlər tək kommersiyaya görə çəkilməməlidir. Onlar həm də maarifləndirici olmalıdır. Ordan gələn ismarıclar insanları xeyirxahlığa çəkməlidir. Kino və ədəbiyyat vasitəsilə insanlara göstərilir ki, həyatda nə baş verə bilər. Yəni, kinoda bu hadisələri izləyən insanlar həyatda bununla qarşılaşanda ondan çıxış yollarını da tapa bilər. Onda biz o səhvləri həyatda etmərik. Bu nöqteyi nəzərdən filmim çox mürəkkəbdir. Yəni ona bir neçə dəfə baxmaq lazımdır.

– Filmdə başqa ölkələrin kinoulduzları çəkilib. Siz onların Azərbaycan rollarını oynamaqlarından razı qaldınız? Onlar öz rollarına necə yanaşırdılar?

-Filmdə türk meqaulduzu akrtisa Nebahat Çehrə çəkilib. Siz onu “Aşk-ı memnu” serialından tanıyırısınız. O filmdə Sultanın anası rolunu oynayır. Mən onu bu rolda gördüyüm üçün filmə dəvət etdim. O da qəbul etdi. Bu hala bəzi analar narazılıq bildirdilər ki, niyə filmə “ana” obrazı üçün Türkiyədən aktirsa dəvət etmişəm. Mən isə izah etdim ki, bu filmdə sırf kinematoqrafiya anasıdır. Bu tək ana deyil, həm də vətəndir və yer kürəsidir. Mənim fikrimcə Nebahat Çehrə bu filmdəki rolunu çox gözəl ifa etdi.

Bundan başqa filmdə Len Devis iştirak edib. Dinləyicilər onu “Santa –Barbara” filmindən tanıyırlar. O “Santa –Barbara” filmində baş rolda çəkilib. “Qanlı Yanvar” filmində Len Devis bu hadisələr haqda dünyaya xəbər verən bir jurnalist kimi çıxış edir. O çox peşəkarlıqla öz rolunun öhdəsindən gəldi. Baxmayaraq ki, o heç vaxt bu cür rollarda çəkilməyib.
Azərbaycanda baş verən bu hadisələr aktyorda çox maraq yaradıb. O Amerikadan Bakıya gələndə bu hadisələr haqqında olan məlumatları bəlkə də mənimkindən çox idi. Onlar işlərinə bu cür yanaşır. Filmdə azərbaycanlı aktyorların 90 fazi əslində aktyor deyildi. Mən Azərbaycanın aktyorlar bazasına nəzər yetirəndə gördüm ki, onlarla bu filmi çəkmək çox çətin olacaq. Onlar çox pafosludurlar. Mənə isə reallığı göstərmək lazım idi. Mən film üçün insanlar axtarmağa başladım və çox vaxt sərf etdim. Hətta “Facebook”da onların necə yazışdığını izləyəndən sonra dəvət edirdim. Onların içərisində dəliqanlıları seçdim. Əslində isə onlar özləri özlərini ifadə edirdi. Mən onlara deyirdim ki, hadisə zamanı necə hərəkət edərdinsə filmdə çəkiliş zamanı da onu edin. Əslində küçədən yığdığım və ilk dəfə kamera qarşısında duran insanlar tamaşaçılara çox böyük təsir etdilər və qəhrəman kimi sevildilər.

– Təşəkkür edirəm

Kinorejissor Vahid Mustafa Yevin Estoniya Dövlət radiosuna müsahibəsi – 1-ci hissə

Kinorejissor Vahid Mustafa Yevin Estoniya Dövlət radiosuna müsahibəsi -2-ci hissə

mənbə :
anspress

Vahid Mustafa Yev: “Mene reallığı göstermek lazım idi”