İçeriğe geçmek için "Enter"a basın

İranda itən azərbaycanlı ailəsinə zəng etdi

16-11-2015

13:41 xeber – Dörd gün əvvəl Təbrizdə itən azərbaycanlı fəal İranın xüsusi xidmət orqanı ETTELAAT ın təcridxanasından ailəsinə zəng vurub.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Rəsul Rəzəvi noyabrın 12-si müəmmalı şəkildə Təbrizdə yoxa çıxmışdı. Qohumları onun axtarışına çıxsalar da heç bir nəticə əldə edə bilməmişdilər.

Bir neçə gündən sonra Rəzəvi evlərinə zəng vuraraq ETTELAAT-ın Təbrizdəki idarəsinin təcridxanasında saxlandığını bildirib. Fəala öz sağlamlıq vəziyyəti barədə ailəsinə əlavə məlumat verməyə imkan verilməyib.

Bundan əvvəldə azərbaycanlı fəal Rəsul Rəzəvi bir neçə dəfə ETTELAAT tərəfindən həbs edilib.

2011-ci ilin oktyabrında işdən evə qayıdarkən ETTELAAT əməkdaşları tərəfindən tutulub və 16 gün saxlanıldıqdan sonra 30 milyon tümən (1050 manat) qarşılığında Təbriz şəhərinin mərkəzi həbsxanasından azadlığa buraxılıb.

Ümumilikdə isə İranın dövlət televiziyasında yayımlanan “Fitile” adlı proqramda ölkədə yaşayan azərbaycanlıların təhqir edilməsindən sonra demək olar ki, hər gün ölkənin müxətəlif şəhərlərində mitinqlər təşkil edilir.

Məlumata görə, artıq bir neçə nəfər polislə toqquşmada həbs edilib. Mitinqlər əsasən Təbriz, Zəncan, Marağa, Ərdəbil Qum və digər böyük şəhərlərdə təşkil edilib.



İranda etirazlar

“Fitile” adlı proqramda bildirilmişdi ki, azərbaycanlı uşağın ağzından pis iy gəlir, onsuzda onlar diş fırçası ilə tualet fırçasını bir-birindən ayıra bilmirlər. Verilişdə səsləndirilən bu fikirlər İranda yaşayan azərbaycanlıların etirazına səbəb olub və küçələrə axışıblar.

Azərbaycanlıları təhqir edən veriliş isə İran Radio və Televiziya Qurumunun qərarı ilə bağlanıb.

İranda azərbaycanlıları ayağa qaldıran veriliş bağlandı

Bakıdan İrandakı azərbaycanlılara dəstək (FOTO)

İranda azərbaycanlılar ayağa qalxdı (VİDEO, FOTO)

İranda aksiya zamanı azərbaycanlılar həbs edildi (VİDEO)

mənbə :
anspress

İranda iten azerbaycanlı ailesine zeng etdi