İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanlı kinorejissyor qanlı hadisələrdən danışdı

15-11-2015

12:37 xeber – Kinorejissyor Vahid Mustafa Yev şahidi olduğu hadisələr əsasında lentə aldığı “Qanlı Yanvar” filmi bu gün Estoniyanın paytaxtı Tallində keçirilən 19-cu “Black nights” (“Qara gecələr” – red.) film festivalında nümayiş olunacaq.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, filmin Tallində premyerasından əvvəl rejisyor Vahid Mustafa Yev Estoniya dövlət radiosunda yayımlanan azərbaycan dilli verilişin qonağı olub. Radioverilişdə rejisyor “Qanlı Yanvar” filmi ilə bağlı fikirlərini bölüşüb, filmin çəkiliş prosesindən və XX-ci əsrin 90-cı illərində şahidi olduğu hadisələrdən danışıb.


Kinorejissyor Vahid Mustafa Yev “Qanlı Yanvar” haqda danışır

Bu gün Tallində ilk dəfə nümayiş olunacaq “Qanlı Yanvar” filmi festivalda təqdim olunan 3 tarixi hadisələrdən bəhs edən filmlərdən biridir. Ümumilikdə isə festivalda 264 film nümayiş olunancaq. Azərbaycanı bu festivalda təmsil edən yeganə film noyabrın 27 və 28 Tallində tamaşaçılara təkrarən təqdim ediləcək.

Filmin afişaları artıq bir neçə gündür ki, Tallinin mərkəzi küçələrində asılıb.


19-cu “Black Nights” Festivalın açılışı noyabrın 13-də baş tutub.

Vahid Mustafa Yevin rejissoru olduğu “Qanlı Yanvar” dünyanın ən nüfuzlu beynəlxalq film festivallarında nümayiş etdirilib.

Bundan qabaq Monrealda və San-Pauloda nümayiş olunan film yaxın tariximizə güzgü tutur.

Postsovet ölkələrinin həqiqətlələrini Avropaya çatdıran “Qanlı Yanvar”ın çəkilişlərinə 2014-cü ilin payızında başlanılıb.

“Qanlı yanvar” filmi sovet ordusunun törətdiyi qırğından bəhs edir və həmin gecə baş verənləri Azərbaycan ailəsi olan Nərimanovların gözü ilə göstərir. İki qardaş – kommunist Nəcəf və inqilabçı Mehdi əks düşüncəyə sahibdirlər. Onlar inandıqları uğrunda ölüm-dirim mübarizəsinə başlayıblar.


“Qanlı Yanvar” filmindən kadr

Dramın mərkəzində isə onların anası – Türkiyənin tanınmış aktrisası Nəbahət Çehrənin canlandırdığı Xədicə xanım dayanıb. Filmdə tanınmış azərbaycanlı aktyorlarla yanaşı Nəbahət Çehrə və Leyn Devis kimi məşhur xarici aktyorlar da çəkiliblər.

Filmin Bakı premyerası 2015-ci ilin yanvar ayının 19-da baş tutub.


Leyn Devis (amerikalı jurnalist) və Azər Aydəmir (Mehdi)

“Qanlı Yanvar” rəsmi treyler

mənbə :
anspress

Azerbaycanlı kinorejissyor qanlı hadiselerden danışdı