15.11.2015 / 11:52 xeber –
“Türk Hava Yolları” (THY) Parisdə törədilmiş silsilə terror aktları ilə əlaqədar Fransa şəhərlərinə olan bütün reyslərini ləğv edib.
Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, uçuşlar noyabrın 21-dək dayandırılıb. THY Fransaya uçuşları bərpa etdikdə sərnişinlər ləğv olunmuş reyslərə aldıqları biletlərdən cərimə ödəmədən istifadə edə biləcəklər.
mənbə :
lent.az