10:06 xeber – Türkiyənin Antalya şəhərində ilin əsas iqtisadi toplantısı “Böyük iyirmilik” (G20) ölkələrinin liderlərinin sammiti öz işinə başlayır.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, iki gün davam edəcək sammitin gündəliyinə qlobal iqtisadiyyat məsələlərindən başqa, terrorla mübarizə, qaçqınlara yardım və miqrasiya problemləri kimi aktual məsələlərin müzakirəsi daxil edilib.
Ötən gün Parisdə baş verən terror hadisələri səbəbindən sammitin proqramına dəyişiklik edilə bilər. Artıq Fransa Prezidenti Fransua Ollandın sammitdə iştirak etməyəcəyi bilinir, onun əvəzinə ölkəni iki nazir təmsil edəcək.
Tədbirin proqramına uyğun sammitin ilk günündə “iyirmilik” dövlətlərinin liderlərinin işgüzar səhər yeməyi, sammitin plenar icalsı, işgüzar nahar və Türkiyə baş naziri Əhməd Davudoğlu adından qəbul keçiriləcək.
TASS-ın məlumatına görə, işgüzar nahar terrorizm və migrantlar probleminə həsr olunacaq.
Sammitin yekununda terrorla mübarizə məsələsinə dair xüsusi bəyanatın qəbul ediləcəyi, həmçinin qaçqınlara yardım və miqrasiya problemi ilə bağlı müəyyən qərarların razılaşdırılması gözlənilir.
Türkiyə sammitə hazırlığa aylar öncədən başlayıb
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevada sammitdə iştirak etmək üçün Antalyaya gəliblər . Azərbaycan Prezidenti sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi dəvəti ilə iştirak edir.
Artıq İlham Əliyev, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın adından “Böyük İyirmiliyin” (G20) Antalya şəhərində keçirilən sammitində iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin və onların xanımlarının şərəfinə verdikləri naharda iştirak ediblər.
İlham Əliyev və Mehriban Əliyeva rəsmi naharda
Bundan əlavə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Antalya şəhərində Əlillərin Bərpa Mərkəzi ilə tanış olublar .
Mehriban Əliyeva və Leyla Əliyeva uşaqların çıxışını izləyərkən.
Bu gün səhər isə Türkiyəyə “G20” sammitində iştirak etmək üçün ABŞ prezidenti Barak Obama gəlib.
Barak Obama Antalya hava limanında
Sammitinin keçirildiyi Bələk kurort ərazisində misilsiz təhlükəsizlik tədbirləri həyata keçirilib . Sammitdə iştirak edəcək ölkə başçıları və onların müşahidə qrupu xüsusi mühafizə edilən “qırmızı sahədə” qalırlar. Burada yerləşən otellərin ətrafında təhlükəsizlik tədbirləri yüksək səviyyədə görülür. Bura yalnız xüsusi buraxılış vərəqələri ilə keçmək olar. Bu günlərdə dünya liderlərinin yaşadığı otellərə adi turistlər buraxılmır.
Bələk xəritədə
.
mənbə :
anspress