İçeriğe geçmek için "Enter"a basın

Ramiz Mehdiyevin kitabı tacik dilində nəşr olunub

14-11-2015


14.11.2015 / 19:45 xeber –

      

Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə Düşənbə şəhərindəki “İrfon” nəşriyyatında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: mənbələrdən öyrənilən tarix” monoqrafiyası tacik dilində çap olunub.    

 

Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, əsəri tacik dilinə Olim Xocamurod və Bahriddin Cuyo tərcümə ediblər. Kitabın redaktoru Tacikistanın xalq şairi Gulnazar Geldidir.

 

Monoqrafiyada Dağlıq Qarabağın tarixi, ermənilərin Dağlıq Qarabağa köçürülməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, səbəbləri haqqında məlumat verilir, Dağlıq Qarabağın Azərbaycana mənsub olması tutarlı faktlarla sübut edilir. Həmçinin Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddialarının yalan və uydurma üzərində qurulduğu diqqətə çatdırılır.

 

mənbə :
lent.az

Ramiz Mehdiyevin kitabı tacik dilinde neşr olunub