İçeriğe geçmek için "Enter"a basın

Qadınlar zorakılıq qurbanı olmaqdan yaxa qurtara bilmir

14-11-2015

18:36 xeber – Qadın zorakılığına qarşı tədbirlər davam etdirilir.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlmatına görə, cəmiyyətin ictimai həyatında qadının mövqeyi uzun tarixi bir dövr keçərək formalaşıb və inkişaf edib. Lakin bu inkişaf asan əldə olunmayıb, xanımlar özlərini təsdiq etmək üçün bir sıra çətinlikləri aradan qaldırmaq uğrunda mübarizə aparıb. Onlara qarşı zorakılığın qarşısının alınması isə müasir dövrün mühüm məsələlərindəndir. Zorakılığa qarşı mübarizə ilə bağlı müxtəlif tədbirlərin görülməsinə baxmayaraq, yenə də qadınlar bu dəhşətin qurbanı olmaqdan yaxa qurtara bilmir. Bu gün kiminsə həyat yoldaşını öldürməsi və ya bacısının həyatına qənim kəsilməsi xəbərləri nə birdir, nə də iki. Bu gün döyülən, psixoloji və mənəvi zorakılığa məruz qalan onlarla qadın var. Bütün bunlar isə çox vaxt zərif cinsin öz hüquqlarını bilməmələrindən irəli gəlir. Bu isə sonda xoşagəlməz hadisələri qaçılmaz edir.


Zorakılğa məruz qalan qadın

Bu cür hadisələrin qarşısnı almaq üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən məişət zorakılığı ilə bağlı ictimai fikirdə dəyişiklik yaratmaq, cəmiyyətin diqqətini bu problemlərə bir daha cəlb etmək üçün müxtəlif səviyyələrdə tədbirlər keçirilir. Bu gün də məişət zorakılığının qurbanları üçün qadınların sosial-iqtisadi potensiallarının genişləndirilməsi, zorakılığın səbəblərinin araşdırılması mövzusunda müzakirələr aparılıb.

Odur ki, hər hansı bir problemi yaxşı olardı ki, sivil yolla həll edin. Əgər bu mümkün olmasa, o zaman məsələnin hüquq müstəvisində həll etmək lazındır.

mənbə :
anspress

Qadınlar zorakılıq qurbanı olmaqdan yaxa qurtara bilmir