14.11.2015 / 18:21 xeber –
Noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd olmuş müğənni Elza Qasımova (Seyidcahan) seçkilərlə bağlı şikayətindən imtina edib.
APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bildirilib.
E. Seyidcahan bu gün yazılı ərizə ilə MSK-ya müraciət edərək şikayətini geri götürüb. O, MSK rəhbərliyinə onun şikayətlərinə obyektiv yanaşdığı üçün təşəkkürünü bildirib.
mənbə :
lent.az