İçeriğe geçmek için "Enter"a basın

Qazaxda avtobus qəzaya uğradı

14-11-2015

17:00 xeber – Qazaxda yol qəzası baş verib. Sürücü hadisə yerində dünyasını dəyişib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, yol qəzası Bakı-Qazax avtomagistralının 511-ci kilometrliyində, Qazax rayonu 2-ci Şıxlı kəndi ərazisində qeydə alınıb. 50 yaşlı İntiqam Zeynalovun idarə etdiyi sərnişin avtobusu ilə Şıxlı kənd sakini 43 yaşlı Fərman Musayevin sürücüsü olduğu “Opel” toqquşub. Nəticədə “Opel”in sürücüsü Fərman Musayev hadisə yerində dünyasını dəyişib.

İntiqam Zeynalov isə Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib. Vəziyyəti ağırdır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Anoloji hadisə bir necə gün öncə də baş verib. Goranboyda “Hundai” markalı avtbusla Bakı-Gəncə marşurutu ilə hərəkət edən “Mercedes” markalıavtobus toqquşub. “Hundai” markalı avtobusda Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri olub. Qəzada xəsarət alan 15 tələbə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.

mənbə :
anspress

Qazaxda avtobus qezaya uğradı