14.11.2015 / 16:54 xeber –
Zərərçəkənlərin şəxsiyyətinin araşdırılması davam etdirilir
Parisdə baş vermiş terror aktları nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin APA-ya verdiyi məlumata görə, bu barədə Azərbaycanın Parisdəki səfirliyinə Fransa Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, zərərçəkənlərin şəxsiyyətinin araşdırılması davam etdirilir.
mənbə :
lent.az