16:41 xeber – 2018-ci ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatının Cənubi Amerika zonası üzrə təsnifat mərhələsi çərçivəsində Argentina millisi öz meydanında Braziliyanı qəbul edib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, oyunun keçirilməsi 13 oktyabr tarixində nəzərdə tutulsa da, yağan güclü yağış səbəbindən matçın 24 saat sonra keçirilməsinə razılıq verilib.
Oyuna gəlincə, matçda hesab 34-cü dəqiqədə açılıb. Qonsalo İquainin ötürməsini Lavessi qolla tamamlayaraq komandasını hesabda önə keçirib. Sambaçıların cavabı isə 58-ci dəqiqədə gəlib, Lukas Lima fərqlənərək, oyunda hesaba tarazlıq gətirib. Oyunda başqa qol vurulmadığından matç 1:1 hesabı ilə başa çatıb.
Argentina – Braziliya oyunu
Turnir cədvəli
mənbə :
anspress