İçeriğe geçmek için "Enter"a basın

İlham Əliyev Antalyada

14-11-2015

16:01 xeber – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkiyə Respublikasına işgüzar səfərə yola düşüblər.

Dövlət başçısı “Böyük İyirmiliyin” (G20) Antalya şəhərində keçirilən Sammitində iştirak edəcək.

Antalyanın beynəlxalq aeroportunda Azərbaycan Prezidentini və xanımını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Milli geyimli iki uşaq dövlət başçısı ilə xanımına gül dəstələri təqdim ediblər.

Azadlıq.az xəbər verir ki, anspress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, İ.Əliyevi və xanımını qarşılayanlar arasında Avropa Birliyi naziri Beril Dedeoğlu, hakim Ədalət və İnkişaf Partiyasının icracı kativi Mövlud Çavuşoğlu, Antalya valisi Muammer Türker və Antalya bələdiyyə başçısı Menderes Türel olub.

Azərbaycan sabah Antalyada başlayacaq G20 ölkələri liderlərinin zirvə toplantısına Türkiyənin dəvətlisi kimi qatılır.

Zirvə toplantısı 15-16 noyabrda Antalyanın kurort zonası olan Bələk də baş tutacaq.

mənbə :
anspress

İlham Əliyev Antalyada