İçeriğe geçmek için "Enter"a basın

MTN-dən daha bir general çıxrıldı

14-11-2015

14:27 xeber – Milli Təhlükəsizlik nazirinin daha bir müavini işdən azad edildi. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə general-leytenant Hilal Əsədov vəzifəsindən göndərilib.

Bu barədə APA mənbələrinə istinadən xəbər verir.

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə dünən milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev vəzifəsindən azad olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik nazirinin birinici müavini vəzifəsinə isə general-leytenant Mədət Quliyev təyin edilib.


Mədət Quliyev – nazir müavini

Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyində həbslər başladı. Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-də bir neçə yüksək rütbəli şəxsləri saxlayıb.


Eldar Mahmudov – keçmiş milli təhlükəsizlik naziri

Sabiq MTN şefi hətta xarici kəşfiyyatla əlaqədə də ittiham edilir. Keçmiş təhlükəsizlik nazirinin İsrail kəşfiyyatı ilə şəxsi və təşkilatı vasitəsilə münasibətlər yaratdığı və bu münasibətlərin çox dərin olduğu bildirilir.

mənbə :
anspress

MTN-den daha bir general çıxrıldı