İçeriğe geçmek için "Enter"a basın

Güclü külək fəsadlara yol açdı

14-11-2015

14:18 xeber – Şimal bölgəsində müşayiət olunan güclü külək fəsadlar yaradıb. Ən çox bölgənin elektrik təsərrüfatına ziyan dəyib.

Azadlıq.az xəbər verir ki, anspress-in xəbərinə görə, Xaçmaz , Qusar, Quba rayonlarında enerjidə fasilələr yaranıb. Xaçmazın Nabran ərazisində ağacların elektrik dirəyinin üzərinə aşmaşı, enerjinin kəsilməsinə səbəb olub. Analoji hallar digər rayonlarda da müşahidə olunub.

Azadlıq.az xəbər verir ki, anspress-in “Azərişıq”ın Xaçmaz şöbəsindən əldə etdiyi məlumata görə, rayon ərazisində enerji verlişində yaranmış problem artıq aradan qaldırılıb.





Aşan ağaclar

mənbə :
anspress

Güclü külek fesadlara yol açdı