İçeriğe geçmek için "Enter"a basın

Hilal Əsədov da milli təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad olundu

14-11-2015


14.11.2015 / 14:05 xeber –

Prezident İlham Əliyev bununla əlaqədar sərəncam verib

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik nazirinin müavini, general-leytenant Hilal Əsədov vəzifəsindən azad olunub.

 

Bu barədə APA mənbələrinə istinadən xəbər verir.

 

Qeyd edək ki, dünən də milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev vəzifəsindən azad edilib. Bir müddət öncə isə milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edilib.

 

Bir müddət öncə general-leytenant Mədət Quliyev isə milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib.

mənbə :
lent.az

Hilal Əsedov da milli tehlükesizlik nazirinin müavini vezifesinden azad olundu