İçeriğe geçmek için "Enter"a basın

İlham Əliyev generalı işdən çıxartdı

13-11-2015

21:13 xeber – Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev vəzifəsindən azad olunub.

Qeyd edək ki, bir müddət əvvəl prezident İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edilib. Milli təhlükəsizlik nazirinin birinici müavini vəzifəsinə isə general-leytenant Mədət Quliyev təyin edilib.

Hazırda Milli Təhlükəsizlik Nazirliyində kadr islahatları davam edir. / APA


Mədət Quliyev – milli təhlükəsizlik nazirliyinin birinci müavini

Bütövlükdə isə MTN-in keçmiş rəhbərliyinin işdən azad olunmasından və ifşa edilməsindən sonra nazirliyin 120 əməkdaşı bu sistemdən xaric edilib. Onların 80 nəfəri sabiq nazir Eldar Mahmudovun yaxın qohumları və dostları olub. / virtualaz.org

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, “MTN işi” ilə əlaqədar demək olar ki, hər gün həbslər həyata keçirlir, əməkdaşları işdən çıxarılır

Sabiq MTN rəhbəri Eldar Mahmudovun şəxsi mühafizə xidmətinin dörd əməkdaşları da həbs edilib. Həbs edilən mühafizəçilər sabiq nazirin qanunsuz göstərişlərini icra etməkdə, ayrı-ayrı şəxslərə qarşı zorakılıq sərgiləməkdə ittiham edilir.

Həmçinin oxuyun: MTN generalının oğlu işdən çıxarıldı

Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyində həbslər başladı. Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-də bir neçə yüksək rütbəli şəxsləri saxlayıb.


Eldar Mahmudov – keçmiş milli təhlükəsizlik naziri

Sabiq MTN şefi hətta xarici kəşfiyyatla əlaqədə də ittiham edilir. Keçmiş təhlükəsizlik nazirinin İsrail kəşfiyyatı ilə şəxsi və təşkilatı vasitəsilə münasibətlər yaratdığı və bu münasibətlərin çox dərin olduğu bildirilir.

“Bu da heç şübhəsiz ki, Rusiyanı narahat etməyə bilməzdi”, deyən İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov iddia edir ki, məhz Moskvadan prezidentə Mahmudovun hansısa gizli məlumatlarını təqdim ediblər və bundan sonra onu təcili və gözlənilməz şəkildə vəzifəsindən azad ediblər.

Həmçinin oxuyun: Peşəkarlar MTN-ə qaytarılır

Milli təhlükəsizlik naziri Eldar Mahmodov işdən çıxarıldıqdan iki gün sonra isə qudası – Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev də Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (“Bandotdel”) çağırılıb.

Prezident oktyabrın 20-də MTN-lə bağlı növbəti sərəncam imzalayıb. Sərəncamla Mədət Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib.

Həmçinin oxuyun:

Keçmiş nazir Eldar Mahmudovun yeri bəlli oldu

Eldar Mahmudovun qudası da saxlanıldı

Eldar Mahmudov üzə çıxdı

Eldar Mahmudovun daha bir qohumu hədəfdə

“MTN işi” ilə bağlı nazirliyin aparat rəhbəri həbs olundu

mənbə :
anspress

İlham Əliyev generalı işden çıxartdı