13.11.2015 / 19:51 xeber –
Sabiq nazir istintaqa çağırılmadığını bildirib
“Evimdə oturmuşam. Heç yerə çıxmamışam. Məni heç yerə, nə istintaqa, nə də hər hansı sorğu-suala da çağırmayıblar”.
Bunu virtualaz.org saytına sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.
Əli Abbasov onun mənzilində və bağ evində axtarışlar aparılması barədə KİV-də yayılan məlumatları da təkzib edib: “Heç bir axtarış olmayıb”.
Qeyd edək ki, bu gün virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən Əli Abbasovun Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılması barədə məlumat yayıb.
Məlıumatda bildirilib ki, sabiq nazir 4 saatdan çox ifadə verib.
Sayt daha sonra yazıb ki, Ə. Abbasov istintaqa ilk dəfə çağrılmır: “Onu bundan əvvəl də ifadə verməyə çağırmışdılar. Səbəb nazirliyin həbs olunmuş aparat rəhbəri Vidadi Zeynalovun sabiq nazirin əleyhinə ifadə verməsi idi.
V.Zeynalovun özü isə “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin keçmiş baş direktoru Beytulla Hüseynovun ifadəsi əsasında həbs edilib. Beytulla Hüseynov da öz növbəsində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur.
Əli Abbasov isə bundan əvvəlki istintaq zamanı özünə qarşı bütün ittihamları rədd edərək Eldar Mahmudovun əleyhinə ifadə vermişdi”.
mənbə :
lent.az