İçeriğe geçmek için "Enter"a basın

Sığorta fəaliyyəti və Banklar haqqında qanunlara dəyişikliklər təsdiqləndi

13-11-2015


13.11.2015 / 19:31 xeber –

Prezident İlham Əliyev "Sığorta fəaliyyəti haqqında" və "Banklar haqqında" qanunlara dəyişiklikləri təsdiqləyib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısının imzaladığı sərəncama əsasən, “Sığorta fəaliyyəti haqqında” qanuna “Sığortaçının əmlakının açıq hərrac yolu ilə satılması sığortaçının müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilir” məzmunlu 118.4-cü maddə əlavə edilib.

 

Prezidentin digər sərəncamı ilə "Banklar haqqında" qanuna "Bu Qanunun 81.1-ci maddəsində nəzərdə tutulmuş aktivlərin açıq hərrac yolu ilə satılması bankın müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilir" məzmunlu 81.1-1-ci maddə əlavə olunub.  

mənbə :
lent.az

Sığorta fealiyyeti ve Banklar haqqında qanunlara deyişiklikler tesdiqlendi