İçeriğe geçmek için "Enter"a basın

"AMAY" Abdulla bəraət istəyir

13-11-2015


13.11.2015 / 18:45 xeber –

Bu gün Bakı Apellyasiya Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev və  Elşən Novruzov  barəsində olan cinayət işindən verilən apellyasiya şikayətinə baxılıb. 

Lent.az-ın məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə A. Abdullayevin vəkili çıxış edərək onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib. Proses noyabrın 20-də davam etdiriləcək.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər dələduzluqda və mənimsəmədə təqsirləndirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abdulla Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib.   Digər təqsirləndirilənlər Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov və Vidadi Qurbanovun hər birinə 9 il, Nadejda İlyasovaya isə 8 il şərti cəza verilib.  Abdulla Abdullayev və Elşən Novruzov verilən hökmlə razılaşmayaraq apellyasiya şikayəti veriblər

mənbə :
lent.az

"AMAY" Abdulla beraet isteyir