11.11.2015 / 22:55 xeber –
Doyunca yatmamaq qadınlarda böyrəklərin funksiyasını poza bilər.
Lent.az-ın “azərtac”-a istinadən məlumatına görə, bu nəticə Bostonda Briqam qadın xəstəxanasının alimlərinin uzun illərdir apardıqları tədqiqatlardan hasil olub.
Təcrübə 11 il davam edib və 4 mindən çox qadını əhatə edib. Tədqiqatın nəticələrinə görə, ən azı 5 saat yatanlarla 4 saat yatanlar arasında aparılan müqayisədə böyrəklərin fəaliyyətində vaxtından əvvəl enmə mümkünlüyü 65 faiz az olub.
Mütəxəssislər qeyd edirlər ki, doyunca yatmamaq sağlamlıq üçün digər problemlər də yarada bilər.
mənbə :
lent.az