İçeriğe geçmek için "Enter"a basın

ABŞ-da təyyarə evə çırpıldı: 9 ölü

11-11-2015


11.11.2015 / 22:33 xeber –

ABŞ-ın Ohayo ştatında “Hawker 25”  təyyarəsinin qəzaya uğraması nəticəsində 9 nəfərin öldüyü təsdiqlənib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, təyyarə noyabrın 10-da Ekron yaşayış məntəqəsinin hava limanına eniş etməyə cəhd edərkən yaşayış evinə çırpılıb.

 

Təyyarənin göyərtəsində 2 pilot və 7 nəfər daşınmaz əmlak şirkətinin əməkdaşları olub.

 

Qeyd olunur ki, hadisə zamanı yaşayış binasında xoşbəxtlikdən heç kim olmayıb.

mənbə :
lent.az

ABŞ-da teyyare eve çırpıldı: 9 ölü