11.11.2015 / 22:33 xeber –
ABŞ-ın Ohayo ştatında “Hawker 25” təyyarəsinin qəzaya uğraması nəticəsində 9 nəfərin öldüyü təsdiqlənib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, təyyarə noyabrın 10-da Ekron yaşayış məntəqəsinin hava limanına eniş etməyə cəhd edərkən yaşayış evinə çırpılıb.
Təyyarənin göyərtəsində 2 pilot və 7 nəfər daşınmaz əmlak şirkətinin əməkdaşları olub.
Qeyd olunur ki, hadisə zamanı yaşayış binasında xoşbəxtlikdən heç kim olmayıb.
mənbə :
lent.az