İçeriğe geçmek için "Enter"a basın

Ağstafada iki “VAZ” toqquşdu: 1 ölü, 2 yaralı

11-11-2015


11.11.2015 / 20:27 xeber –

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA-nın məlumatına görə hadisə yolun Ağstafa rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

İki “VAZ 2106” markalı avtomobilin toqquşması nəticəsində Tovuz rayon Əlibəyli kənd sakini, 1969-cu il təvəllüdlü Mahir Cəfərov ölüb, Tovuz rayon Aşağı Quşçu kənd sakinləri, 1975-ci il təvəllüdlü Sərdar Rüstəmiov və 1988-ci il təvəllüdlü Seymur Qasımov müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

mənbə :
lent.az

Ağstafada iki “VAZ” toqquşdu: 1 ölü, 2 yaralı