İçeriğe geçmek için "Enter"a basın

Qadın sürücünün avtomobilini soyan şəxs: "Adam öldürmüşəm bəyəm?"

11-11-2015


11.11.2015 / 20:15 xeber –

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində silsilə oğurluqlar törətmiş paytaxt sakinlərini ifşa ediblər.

 

APA TV-nin xəbərinə görə, Bakı şəhər sakini Xalidə Əsgərova Binəqədi rayonu ərazisində avtomobilindən oğurluq edilməsi ilə bağlı polisə müraciət edib.

 

Araşdırmalar zamanı hadisəni axtarışda olan Əli Hüseynov və Rəşad Həsənovun törətdiyi müəyyənləşib. Məlum olub ki, onlar birlikdə rayon ərazisində 14 oğurluq hadisəsi törədiblər. 4 dəfə məhkum olunan Rəşad Həsənov danışmaq istəməyib: "Danışmıram, neyləmişəm bəyəm? Mənim üçün ayıbdır axı boynumu büküm, deyim eləmişəm. Özümə sığışdırmıram axı. Adam öldürmüşəm? Neyləmişəm guya?"

 

Ondan fərqli olaraq, Əli Hüseynov oğurluqları harada etdiklərini söyləyib: "Əsasən 6-cı və 9-cu mikrorayonlarda oğurluq etmişik. Nə bilim, çox epizod olub".

 

Binəqədi polisi bu şəxslərin daha çox oğurluq, soyğunçuluq epizodlarında iştirak etdiklərini istisna etmir. Onları görüb tanıyanlardan və ya əməllərindən zərər çəkənlərdən Binəqədi Rayon Polis İdarəsinə müraciət etmələri xahiş olunur. Araşdırmalar davam edir.

 

mənbə :
lent.az

Qadın sürücünün avtomobilini soyan şexs: "Adam öldürmüşem beyem?"