İçeriğe geçmek için "Enter"a basın

İlham Əliyev S-300-lərə baxış keçirdi

11-11-2015

14:58 xeber – Ali Baş Komandan Prezident S-300 PMU-2 Favorit Zenit Raket Briqadasına baxış keçirib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, İlham Əliyev Raket briqadasına baxışı Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin N hərbi hissəsinin hərbi şəhərciyində yaradılan şəraitlə tanış olduğu zaman keçirib.

Hərbi hissənin raket anbarında olan Ali Baş Komandan şəxsi heyətin praktiki fəaliyyəti və döyüş növbətçiliyi ilə tanış olub.

Prezident İlham Əliyevə anbar, raketlər və raketlərin döyüş mövqeyinə daşınması üçün nəzərdə tutulan texnikalar barədə də məlumat verilib.

müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşayiəti ilə İlham Əliyev həmçinin bu il sentyabrın 15-də cəbhənin Ağdam istiqamətində Ermənistanın hərbçilərimiz tərəfindən məhv edilmiş X-55 pilotsuz uçan aparatının qalıqlarına baxıb.

Prezident İlham Əliyevə həmçinin texnika parkı haqqında da məlumat verilib. Buradakı müasir texnikalar döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməyə qadirdir. Parkda, həmçinin texnikaya texniki xidmət, təmir və yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir.

Ali Baş Komandana Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin bir sıra hərbi texnikası barədə məlumat verildi. Bildirildi ki, döyüşün idarəetmə məntəqəsi də ən müasir hərbi avadanlıqla təchiz edilib.

Dövlət başçısı təlim-məşq kompleksi ilə tanış oldu. Kompleksdə döyüş növbətçiliyinin aparılmasının təşkili, şəxsi heyətin döyüş texnikası ilə işləmə səriştələri yoxlanılır.

Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan raketlərin start mövqeyinə gəldi, burada atıcı qurğulara baxdı.

Prezident İlham Əliyev həmçinin hərbi hissədəki, əsgər yeməkxanası və yataqxanasında da olub.

mənbə :
anspress

İlham Əliyev S-300-lere baxış keçirdi