İçeriğe geçmek için "Enter"a basın

"Şərurlu İsfəndiyar"ın qardaşı oğlu 1 milyon tələb edir - MƏHKƏMƏ

11-11-2015


11.11.2015 / 13:57 xeber –

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və mənimsəmədə təqsirli bilinən 1984-cü il təvəllüdlü Araz Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahidlər siyahısında olan Emin İsmayıllı məhkəməyə teleqramla müraciət edib. O, məhkəməyə gələ bilmədiyini və ibtidai istintaqa verdiyini ifadəni təsdiq edib.

Hakim Azad Məcidov müdafiə tərəfinin vəkilinə dəymiş ziyanın ödənilməsi ilə bağlı sual verib. Vəkil bildirib ki, zərərçəkmiş Eldəniz Axundov onlara dəymiş ziyanın 1 milyon manatdan çox olduğunu iddia edir. Ona görə, razılaşma olmayıb.

Hakim Azad Məcidov Dövlət Gömrük Komitəsinə Araz Eyvazovun adına keçirilən malların siyahısını öyrənmək üçün 3-dən artıq sorğu göndərdiklərini bildirib. Qurumdan cavab gözlədiklərini qeyd edib.

Məhkəmə prosesi noyabrın 23-də davam edəcək.

Qeyd edək ki, prosesdə zərərçəkmiş şəxs qismində Şərurun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu Orxan Rəsulov, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu Tağı Nağıyev, "Şərur" Tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov tanınıblar. Ümumilikdə Araz Eyvazovun 3 milyon 600 min manat pulu mənimsədiyi bildirilir. 

Araz Eyvazov Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.

 

mənbə :
lent.az

"Şerurlu İsfendiyar"ın qardaşı oğlu 1 milyon teleb edir – MƏHKƏMƏ