13:55 xeber – Erməni silahlı birləşmələri Tərtərin cəbhə xəttində yerləşən Yuxarı Qaradağlı və Qapanlı kənlərini atəşə məruz qoyub. Axşam saatlarında başlayan atışma fasilələrlə 1 saata qədər davam edib.
Kənd sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, qarşı tərəf əsasən yandırıcı güllələrdən istifadə edib. Nəticədə Yuxarı Qaradağlı kəndinin sakini Feruz Qarayev yaşadığı evə ziyan dəyib.
Feruz Qarayevin sözlərinə görə, həyat yoldaşı ilə televizora baxdıqları zaman güllələrdən biri pəncərəni sındıraraq mətbəxin divarına dəyib. Həmin vaxt mətbəxdə heç kim olmadığından yaralanan olmayıb. Ev sahibi deyir ki, onun həyətyanı sahəsinin qarşısında istinad divarı olmadığından analoji hadisə əvvəllər də baş verib.
Qarşı tərəf əsasən yandırıcı güllələrdən istifadə edir
Yuxarı Qaradağlı kəndinin sakini Feruz Qarayev
Kənd sakinləri deyir ki, atışma səsləri əsasən hava qaralandan sonra başlayır. Qarşı tərəfin cəbhədə törətdiyi təxribatlara baxmayaraq əhali bir an olsun doğma yurdlarını tərk etmək fikrinə düşmür.
Gülləbarana məruz qalan ev
mənbə :
anspress