İçeriğe geçmek için "Enter"a basın

BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisinə "Tərəqqi" medalı verildi

11-11-2015


11.11.2015 / 13:46 xeber –

Prezident İlham Əliyev  BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Antonius Broeki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Antonius Broekin Azərbaycandakı uğurlu diplomatik fəaliyyətini yüksək qiymətləndirən dövlət başçısı Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 70 illik yubileyi münasibətilə BMT-nin Azərbaycanda müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə onun Azərbaycanın yüksək medalı olan “Tərəqqi” medalı ilə təltif edildiyini bildirib və medalı diplomata təqdim edib. Azərbaycan  ilə BMT arasında əməkdaşlığa toxunan Prezident İlham Əliyev tərəfdaşlığın səviyyəsindən və müxtəlif əhəmiyyətli layihələrin praktiki surətdə həyata keçirilməsindən məmnunluğunu ifadə edib.

 

Azərbaycanın “Tərəqqi” medalına layiq görüldüyünə görə dövlət başçısına minnətdarlığını bildirən BMT-nin rezident əlaqələndiricisi Antonius Broek bunu onların fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirib.

 

Görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminlik ifadə olunub.

mənbə :
lent.az

BMT-nin Azerbaycan üzre rezident elaqelendiricisine "Tereqqi" medalı verildi