İçeriğe geçmek için "Enter"a basın

Putin dünyaya meydan oxudu

11-11-2015

13:38 xeber – Rusiya prezidenti Vladimir Putin yenə dünyaya meydan oxudu. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, o Rusiya müdafiə sənayesinin son üç ildə çox mərhələli müdafiə sistemlərinə qarşı bir sıra silahlar yaratdığını və onların uğurlu şəkildə testdən keçdiyini deyib.

O, Rusiyanın bütün raketdən müdafiə sistemlərini yara bilən silahlar yaradacağını deyib.

Soçidə silahlı qüvvələrin inkişafı ilə bağlı toplantıya qatılan Putin ABŞ-ın Avropaya raketdən müdafiə qalxanları yerləşdirməsinin arxasında Rusiyanın nüvə potensialını təsirsiz hala gətirmək olduğunu deyib.

“İndi İranla bağlı məsələ kənarda qalıb. Razılaşmalar imzalandı və razılaşdırıldı. Amma nüvə müdafiə sistemləri üzərində işlər öncədən olduğu kimi davam edir”, deyən Putin Moskvanın lazımli cavabı verəcəyini bildirib.

O, ölkəsinin öz müdafiə sistemini gücləndirəcəyini və gərəkən tədbirləri görəcəyini vurğulayıb. “İlk mərhələdə bütün raketdən müdafiə sistemlərini dələ bilən güclü silahlar hazırlayacağıq”.

Putin hələ bu ilin iyun ayında Rusiyanın silahları arasına ilin sonuna kimi 40 yeni nəsil qitələrarası balistik raket əlavə ediləcəyini demişdi.

Avqust ayında Rusiya yeni qitələrarası raketini sınaqdan keçirib. “RS-12M Topol” adlı raket Qazağıstan ərazisində “Sarı-Şagan” poliqonunda yerləşdirilən şərti hədəfi uğurla vurub.

Balistik raket Astarxanda yerləşən “Kapustin Yar” poliqonundan havaya buraxılıb.


“RS-12M Topol” balistik raketi

“RS-12M Topol” balistik raketləri 10 min kilometr uzaqlıqdakı hədəfi dəqiqliklə məhv edə bilir. Raket 550 kilotonluq bombaları daşımaq gücünə malikdir.

mənbə :
anspress

Putin dünyaya meydan oxudu