İçeriğe geçmek için "Enter"a basın

PKK qana doymur: bir əsgər, bir polis şəhid edildi

10-11-2015


10.11.2015 / 16:26 xeber –

Türkiyədə PKK terroristləri tərəfindən bir əsgər və bir polis şəhid edilib.

 

Lent.az-ın “sözcü.com.tr”yə istinadən məlumatına görə,  Diyarbəkirdən Hakkarinin Yüksəkova qəsəbəsinə  gələn əsgər avtobusuna terroristlər tərəfindən hücum təşkil olunub. Atışma zamanı bir hərbçi ağır yaralanıb. Xəstəxanaya çatdırılan hərbiçinin həyatını xilas etmək mümkün olmayıb.

 

Həmçinin, polis Yüksəkova qəsəbəsində bir adresə əməliyyat təşkil edib. Bu zaman PKK-çılar tərəfindən polislər atəşə tutulub. Atışma nəticəsində bir polis hadisə yerində şəhid olub.

 

mənbə :
lent.az

PKK qana doymur: bir esger, bir polis şehid edildi