İçeriğe geçmek için "Enter"a basın

“Yeni Üfüq” Dövlət Bayrağı Gününü qeyd edib

10-11-2015


10.11.2015 / 15:19 xeber –

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirib.

Birliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təşkilatın rəhbəri Sevinc Əzimbəyli bildirib ki, “Yeni Üfüq”ün gəncləri Bayraq Günü münasibətilə “Birgə və Sağlam“ İctimai Birliyinin nəzdində olan mərkəzdəki autizm xəstəliyindən əziyyət çəkən uşaqları ziyarət ediblər.

Ziyarət zamanı gənc “Yeni Üfüq”çülər özlərinin hazırlamış olduğu “Tıq-Tıq xanım” nağıl- tamaşasını uşaqlara təqdim ediblər. Bundan başqa uşaqlarla şənlənən gənc “Yeni Üfüq”çülər onlarla birgə parça üzərində rəsm şəkilləri çəkiblər.

Uşaqlarla birlikdə tədbirdə iştirak edən valideynlər “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gənclərinə təşəkkür ediblər. 

mənbə :
lent.az

“Yeni Üfüq” Dövlet Bayrağı Gününü qeyd edib