14:50 xeber – Britaniyalı milyarder özünü öldürüb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, biznesmen və prodüser Anqad Pol Londonda intihar edib. Pol özünü binanın 8-ci mərtəbəsindən atıb.
İntihara səbəb biznesmenə məxsus “Caparo İndustries” şirkətinin iflasa uğraması və inzibati idarəçiliyə verilməsi ilə bağlı olub. Anqad Pol kino həvəskarı olub. O,məşhur rejissor Qay Riçinin “Kartlar, pullar və 2 tüfəng” və “Böyük quş” filmin prodüseri kimi tanınıb. Həyatı boyu isə cəmi isə 12 filimin prodüserliyini edib.
Anqad Polun ailəsi və həyat yoldaşı Mişel Bonn
Hindistan əsilli Anqad Pol Britaniya Lordlar Palatasının 84 yaşlı üzvü Lord Polun oğludur. Onun 2 övladı var.
2013-cü ildə 86 yaşlı amerikalı iş adamı Robert Uilson da özünü Nyu-Yorkun Manhettan məhəlləsindəki göydələnin 16-cı mərtəbəsindən ataraq intihar edib. İntihara səbəb isə onun səhhətindəki problemlərin olduğu və əzabları çəkmək istəmədiyi güman olunub.
mənbə :
anspress