14:00 xeber – Azərbaycanda ailəsində yaşanan gərginliyə tab gətirməyən gəlin evdən qaçdı. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, hadisə Zərdab rayonunun Əlvənd kəndində baş verib.
Qohumlarının ANS PRESS-ə verdiyi məlumata görə, 32 yaşlı Aynur Daşqın qızı Qasımova dörd gündür ki, evdən çıxıb və bir daha geri qayıtmayıb. Gəlinin dayısı Nurməmmədov Kamal deyir ki, onun evdən getməsinə səbəb həmin gün evdəkilərlə arasında yaranan münaqişə olub: “Bacımın qızı Bakıda yaşayır. 10 il öncə ailə qursa da, bu illər ərzində övladı olmayıb. Ailənin ilk körpəsi 8 ay bundan qabaq doğulub. Aynur ona görə, 6 aydır ki, Zərdaba qayınanasıgilə gəlib. Yoldaşı ilə ilə aralarında bir iki dəfə söz-söhbət olub, amma görünür bu dəfə daha böyük dava olub ki, qız evdən gedib. Yoxsa, o, uşağını qoyub getməz”, – deyə dayı əlavə edib.
Aynurun qayınanası Minaya Qasımova da gəlininin həyat yoldaşı ilə mübahisədən sonra evdən getdiyini deyib. Onun sözlərinə görə, gəlinin psixoloji cəhətdən heç bir problemi olmayıb, daha öncə də heç vaxt da belə bir addım atmayıb. “Oğlum və ailəsi Bakıda yaşayıblar. Lakin ilin əvvəlində mənim həyat yoldaşım dünyasını dəyişdiyi üçün onlar rayona köçüblər. Aynur Bakıya nəvəmin süd pulunu almaq üçün getmək istəyirdi.
Ancaq əri ilə mübahisə etdiyi üçün evdən çıxıb və bir daha geri qayıtmayıb”.
Zərdab Rayon Polis şöbəsinin rəis müavini Bilal Nurullayev itkin gəlinlə bağlı onlara müraciət edildiyini deyib.
Onun sözlərinə görə, artıq 4 gündür ki, qızın axtarışı istiqamətində araşdırmalar aparılır. “Hələlik bu barədə heç bir məlumat əldə etməmişik. Onun özünü öldürməsi ehtimalına qarşı artıq Kür çayı hövzəsində də axtarışlar aparılır”.
Aynur və 8 aylıq qızı Minayə
mənbə :
anspress