İçeriğe geçmek için "Enter"a basın

Bakı dayanacaqlarına qənim kəsilənlər

10-11-2015

13:31 xeber – Son illərdə paytaxt ərazisində insanların rahatlığı və təhlükəsilziyi üçün müxtəlif tədbirlər həyata keçirilir.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, bunlar sırasına piyada keçidləri, müasir tipli avtobus dayanacaqları da daxildir. Sözügedən dayanacaqlar monitorlarla təchiz olunub ki, bununla sakinlər avtobusun intervalını öryənə bilərlər. Təbii ki, monitor saz vəziyyətdə olarsa…

Sadaldığımız bu və digərləri insanların rahatlığı, təhlükəsizliyi üçün nəzərdə tutulub. Lakin bir çoxu bunları ya anlamır, ya da anlamaqda çətinlik çəkir. Bunu paytaxt ərazisində bir sıra dayanacaqların düşdüyü vəziyyət əsasında demək olar.

Bəzi yerlərdə dayanacaqların şüşələri qırılıb, bəzilərində hətta monitorlar yoxa çıxıb. Ən maraqlısı isə dayanacağın zibil qabı əvəzi istifadə olunmasıdır.

Təbii ki, dayanacaqların bu hala düşməsində digər bir səbəb isə baş verən yol – nəqliyyat hadisələridir. Səbəbindən aslı olmayaraq istənilən halda dövlət əmlakına zərər vuran şəxs cərimələnməli və dəymiş zərər ödənilməlidir.

BDYPİ-nin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev deyir ki, sürücü tərəfindən avtobus dayanacaqlarına vurulan zərərin yarısı sığorta şirkəti, yarısı isə həmin sürücü tərəfindən ödənilməlidir.

Dayanacaqlar dövlət tərəfindən ayrılmış pul hesabına sakinlərin rahatlığı və təhlükəsizliyi üçün qurlaşdırılır. Buna görə də hər bir vətəndaş onu qorumalı və digərlərindən də bunu tələb etməlidir.

mənbə :
anspress

Bakı dayanacaqlarına qenim kesilenler