İçeriğe geçmek için "Enter"a basın

Arvadının üzünə "şram" çəkənin işi MƏHKƏMƏDƏ

10-11-2015


10.11.2015 / 13:30 xeber –

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və sağlamlığa zərər vurmaqda təqsirli bilinən 1988-ci il təvəllüdlü Zaur Paşayevin cinayət işi üzrə məhkəmə keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı noyabrın 13-ə təyin edilib.

Qeyd edək, təqsirləndirilən şəxs əvvəllərdə məhkumluq həyatı yaşayıb. O, Cinayət Məcəlləsinin 177-ci ( oğurluq) maddəsi ilə axtarışda olub. Zaur Paşayev münaqişə zəmnində həyat yoldaşının sifətini kəsərək onun sağlamlığına ağır zərbə vurub.

Zaur Paşayev Cinayət Məcəlləsinin 126.1( qəsdən sağlamlığa ağır zərbə vurma), 177 ( oğurluq) maddəsi ittiham olunur. 

mənbə :
lent.az

Arvadının üzüne "şram" çekenin işi MƏHKƏMƏDƏ